BÜTÜN SİYASİ MƏHBUSLAR AZAD OLUNUR - Axundzadə göstəriş verdi
19-08-2021 11:03
Baxış sayı:
847

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” qruplaşmasının lideri Heybətulla Axundzadə həbsxanalardakı bütün siyasi məhbusların azad edilməsi ilə bağlı göstəriş verib.
“RİA Novosti” xəbər verir ki, bu barədə qruplaşmanın nümayəndəsi Kari Yusif Əhmədi məlumat verib.
“Əyalətlərin qubernatorları bütün siyasi məhbusları sözsüz azad edəcəklər və sabah onları ailələrinə verəcəklər”, - o əlavə edib.