Qazaxıstan XİN təkzib edir: “Əfqanıstan prezidenti ölkəmizdə deyil”

Baxış sayı:
949

Qazaxıstanın Xarici İşlər Nazirliyi Əfqanıstan prezidenti Əşrəf Qaninin ölkə ərazisində olmadığını açıqlayıb. XİN-dən bu barədə “RİA Novosti”yə bildirilib.

Oxşar açıqlamalar Tacikistan XİN və Özbəkistandakı Əfqanıstan səfirliyi tərəfindən də verilib.

Qeyd edək ki, Qaninin şəxsi mühafizəçilərindən biri “Əl-Cəzirə”yə onun təyyarəsinin Özbəkistana uçduğunu bildirmişdi.