HƏYAT YOLDAŞI SABİQ NAZİR MÜAVİNİNİ MƏHKƏMƏYƏ VERİB - Əmlaklarını bölüşdürə bilmirlər
11-08-2021 00:06
Baxış sayı:
1260

Bu ilin fevral ayında səhhəti ilə bağlı tutduğu vəzifədən azad olunan sabiq Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva həyat yoldaşı tərəfindən məhkəməyə verilib.
"Qaynarinfo" xəbər verir ki, Namiq Vəliyevin iddiası əsasında həyat yoldaşı M.Vəliyevadan Yasamal rayon Məhkəməsinə şikayət olunub.
Şikayətdə ər arvad arasında əmlakın bölüşdürülməsi və digər məsələlər yer alır.
Məhkəmə Namiq Vəliyevin şikayətini təmin edib. Bundan narazı qalan M.Vəliyeva məhkəmənin qərarından Apelleyasiya Məhkəməsinə şikayət verib.