Azərbaycan Özbəkistana 50 min doza vaksin göndərib - FOTOLAR
16-07-2021 01:14
Baxış sayı:
1024

Azərbaycandan Özbəkistana 50 min doza miqdarında koronavirusa qarşı vaksin göndərilib.
Bu barədə beynəlxalq peyvənd təminatı təşəbbüsü COVAX-ın tərəfdaşı qismində çıxış edən YUNİSEF-ın Özbəkistan nümayəndəliyindən bildirilib.
Qeyd olunub ki, COVID-19 əleyhinə vaksinlər Azərbaycanın Özbəkistandakı səfirliyinin vasitəçiliyilə Daşkəndə çatdırılıb.