Xəzərdə güclü partlayış kadrları: SOCAR-dan açıqlama / VİDEO

Xəzər dənizinin Azərbaycan sektorundakı partlayışın neft-qaz sektoru və Ümid platforması ilə heç bir əlaqəsi yoxdur. Bu barədə virtualaz.org.az-a ölkənin hökumətindəki mənbələrdən məlumat verilib.
Belə ki, partlayışın seysmik proses nəticəsində baş verdiyi və geoloji mənşəli olduğu bildirilir. Hazırda mütəxəssislər nə baş verdiyini öyrənirlər.
***
Az əvvəl sosial şəbəkələrdə Xəzər dənizinin Azərbaycan hissəsində naməlum mənşəli güclü partlayışın baş verdiyini əks etdirən videokadrlar yayılıb. Kadrların Bakı Dənizkənarı Milli Parkından çəkildiyi görünür. Bəzi istifadəçilər partlayışın SOCAR-ın Xəzərdəki platformalarından birində baş verdiyini ehtimal ediblər.
Lakin SOCAR-dan yayılan operativ açıqlamada bildirilir ki, şirkətin birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir.
SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib: "Ələt istəqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir", - deyə Əhmədov qeyd edib