ABİD ŞƏRİFOVUN SƏHHƏTİ AĞIRLAŞIB - “Hazırda vəziyyətim pisdir"
29-06-2021 13:11
Baxış sayı:
782

Baş nazirin sabiq müavini Abid Şərifovun səhhəti ağırlaşıb. Abid Şərifov böyrəklərində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilsə də, orda səhhətində başqa problemlərin də olduğu ortaya çıxıb.
Bu barədə manset.az-a danışan Abid Şərifov səhhətində ciddi problemlərin olmasına baxmayaraq, virusa görə xəstəxanadan qalmaqdan imtina etdiyini, evdə müalicələrini davam etdirdiyini bildirib: “Hazırda vəziyyətim pisdir. Xəstəxanaya getdim. Virusa görə imtina etdim, evdə müalicə alıram.Yanaşı problemlərim çoxdur. Saymaqla qurtarmaz...”