Almaniya bu əcnəbilərə vətəndaşlıq verməyəcək
26-06-2021 11:16
Baxış sayı:
1026

Almaniyada irqçi, homofob və radikal dindarlara qarşı cinayətlərin cəzası sərtləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, bundan başqa irqçi, əcnəbi düşmən və antisemit düşüncə tərzinə malik əcnəbilərin Almaniya vətəndaşlığına keçməsinin də yolu bağlanır.
“Bu addımla təhrikedicilərin alovlandırdığı qorxu iqliminə qarşı qərarlı bir reaksiya veririk”, - Almaniya ədliyyə naziri Kristin Lambert deyib.