SEDAT PEKER HAQQINDA HƏBS QƏRARI ÇIXARILDI - Ərdoğan dünənki çıxışında "yaşıl işıq" yandırmışdı...

Baxış sayı:
772

Ankara Respublika Baş Prokurorluğunun tələbi ilə mütəşəkkil cinayətkar dəstənin başçısı Sedat Peker barəsində həbs qərarı verilib.

“Anadolu Agentliyi”nin Baş Asayiş İdarəsindən aldığı xəbərə görə, Sedat Pekerlə bağlı “İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi təhdidi” adı altında verilən mühafizə qərarında FƏTÖ-nün əli olduğu  bəlli olub.

CNN Türk kanalının verdiyi xəbərdə deyilir: “Həm İstanbulda, həm də Ankarada Sedat Pekerlə bağlı iki ayrı cinayət işi açılmışdı. Sedat Pekerin Daxili İşlər naziri Süleyman Soylu və hakim Ədalət və İnkişaf Partiyasnın (AKP-nin) lideri Binali Yıldırımın oğlu Erkam Yıldırımla bağlı iddiaları vardı. Bu iki şəxs Sədat Pekerlə bağlı hüquq-mühavizə orqanlarına müraciət eləmişdi”.