Gürcüstanın Müstəqillik Günü Bakıda belə qeyd edildi - FOTO

Baxış sayı:
856

Gürcüstan 26 may tarixində Müstəqillik Gününü qeyd edir.

Bu münasibətlə dünən axşam Heydər Əliyev Mərkəzinin binası Gürcüstanın dövlət bayrağı ilə işıqlandırılıb.

Gürcüstanın Azərbaycandakı səfirliyinin əməkdaşlarının da izlədiyi videoproyeksiya zamanı Mərkəzin binasının önündə Azərbaycan və Gürcüstanın dövlət himnləri ifa olunub.