Nizami Xudiyev vəfat etdi - BİR MÜDDƏT ƏVVƏL KORONADAN SAĞALMIŞDI...

Baxış sayı:
794

Filologiya elmləri doktoru, professor Nizami Xudiyev vəfat edib.
 
Muxalifet.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya onun ailə üzvləri məlumat verib.
 
Bildirilib ki, bir müddət əvvəl koronavirusdan sağalan AzTV-nin keçmiş sədri böyrək çatışmazlığından təxminən yarım saat əvvəl dünyasını dəyişib.
 
Qeyd edək ki, Nizami Xudiyev 1994–1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, 1996-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb.
 
O, 1995-2010-cu illərdə Milli Məclisin deputatı olub.
 
Nizami Xudiyev 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda doğulub. Bir zamanlar Yeni Azərbaycan Partiyasının fəal simalarından olan Nizamni Xudiyev son illər aktiv ictimai-siyasi fəaliyyətdən kənara çəkilmişdi.
 
Allah rəhmət eləsin!