Deputatın seçicilər tərəfindən qovulması ilə bağlı AÇIQLAMA - YENİLƏNİB / VİDEO
24-05-2021 10:47
Baxış sayı:
925

“Deputat Şahin İsmayılovun Beyləqanın Kəbirli kəndindən seçicilər tərəfindən qovulmasından söhbət gedə bilməz”.
Bu fikirlər Oxu.Az-a Ş.İsmayılovun ofisindən bildirilib.
Qeyd edilib ki, baş verən hadisə təxribat xarakterli olub.
Bildirilib ki, buna baxmayaraq, planlaşdırılan tədbir baş tutub.
***
81 saylı Beyləqan Seçki Dairəsindən Milli Məclisə deputat seçilən Şahin İsmayılovla seçiciləri arasında insident yaşanıb.
Bununla bağlı kadrlar sosial şəbəkələrdə yayımlanıb.
Məlumatlara əsasən, hadisə Beyləqanın Kəbirli kəndində baş verib. Seçicilər deputata iradlar bildirir və onlarla görüşməməkdə təqsirləndirirlər.
Bəzi mətbuat orqanları isə yazır ki, Ş.İsmayılov həmin kənddən qovulub.