Saatlıda 31 yaşlı qadın özünü asdı
23-05-2021 10:03
Baxış sayı:
878

Saatlıda intihara cəhd hadisəsi olub.
Hadisə Nəsimikənd kəndində qeydə alınıb.
Kənd sakini, 1990-cı il təvəllüdlü Bəkirova Aynurə Salman qızı yaşadığı evin həyətindəki yarımtikilidə özünü iplə asaraq intihara cəhd edib. Lakin yaxınları bundan vaxtında xəbər tutduğundan onun həyatını xilas etmək mümkün olub. A.Bəkirova Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin kritik olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır./report