Paşinyanın açıqlaması müxalifəti təşvişə saldı - İRƏVANDA ETİRAZ AKSİYASI
20-05-2021 20:41
Baxış sayı:
817

Ermənistan müxalifəti hökumət binası qarşısında etiraz aksiyası keçirir. Etirazçılar baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Azərbaycanla yeni sənəd imzalanacağı barədə açıqlamasından sonra küçələrə axışıblar. Mitinqin təşkilatçıları sözügedən sənədin bütün bəndlərinin dərc olunmasını tələb edirlər.
Xatırladaq ki, Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində vəziyyətin tənzimlənməsi ilə bağlı beynəlxalq tərəfdaşlarla müəyyən razılaşmaların əldə edildiyini deyib. Onun sözlərinə görə, Azərbaycan razılaşacağı təqdirdə, tərəflər arasında sənəd imzalanacaq.