Xəzərdə nəhəng tanker neft buruğu ilə toqquşdu - 4.5 MİN TON QAZ-KONDENSATLA BAKIYA GƏLİRDİ... / FOTO

Baxış sayı:
650

Xəzər dənizində Rusiyaya aid nəhəng tanker neft buruğu ilə toqquşub. “Baza” Telegram-kanalı bu haqda yazır.

Məlumata görə, “Konstruktor Jivotovski” tankeri mayın 6-da Həştərxan limanından Bakıya doğru yola çıxıb, mayın 12-də Xəzərin Azərbaycan sularında pis hava şəraiti səbəbindən neft buruğu ilə toqquşub. Toqquşma nəticəsində gəmi heyətindən heç kim xəsarət almayıb, amma tanker özü zədələnib və mayın 13-dən etibarən Bakı limanındadır. Təmir üçün mütəxəssislərin gəlişini gözləyir.

 

Tankerin 4.5 min ton qaz-kondensat qarışığı ilə yükləndiyi bildirilir, amma insident nəticəsində dənizə neft məhsullarının axması baş verməyib. Rusiyanın federal dəniz və çay nəqliyyatı Agentliyindən TASS-a bildiriblər ki, insident qatı duman nəticəsin də baş verib, tanker dumanda “yolunu azıb” və Azərbaycan milli neft şirkətinə aid köhnə platforma ilə toqquşub. Agentlik insidentin “praktiki olaraq yoluna qoyulduğunu” bildirir./Virtualaz.org