Qadına qarşı hərəkət Monqolustanı qarışdırdı: İstefalar başladı - FOTO/VİDEO
21-01-2021 15:55
Baxış sayı:
942
Monqolustanda qalmaqallı hadisə baş verib. Belə ki, uşaq dünyaya gətirən qadın COVID-19-a yoluxduğu üçün doğum evindən bir başa stasionara aparılıb. Bu zaman onun əynində isti geyim, hətta ayaqqabı olmayıb.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
Bildirilir ki, baş verənlərə görə Ulan-Batorda etirazlar başlayıb.
Artıq baş nazirin müavini və səhiyyə naziri istefaya yollanıb.
Prezident isə ümumiyyətlə hökumətin tam tərkibdə istefaya getməsi təklifini irəli sürüb.