Almaniyada koronavirusdan ölüm sayında REKORD!

Baxış sayı:
919

Almaniyada son sutka ərzində 32 minə yaxın şəxs yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində ölkədə 31 849 yeni yoluxma qeydə alınıb, 1 188 nəfər xəstəlikdən vəfat edib. 
Bununla da Almaniyada indiyə qədər ümumilikdə 1 866 887 nəfər koronavirusa yoluxub, onlardan 38 795 nəfər ölüb.
Koronavirusa yoluxanlardan 1.4 milyonu artıq sağalıb.