Prezident Şuşanın alınmasında iştirak edən Tehran Mənsimovu da təltif etdi

Baxış sayı:
2152

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Muxalifet.az bildirir ki, təltif olunanlar arasında polkovnik Tehran Mənsimov da var.

Tehran Cavid oğlu Mənsimov “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.

Qeyd edək ki, Qarabağ müharibəsi dövründə sosial şəbəkələrdə və KİV-də polkovnikin igidlikləri barədə çoxlu məlumat və reportajlar yayımlanmışdı.