Ermənistan Baş Qərargah rəisi Paşinyanın əmrini yerinə yetirməkdən imtina edib - ERMƏNİ KİV-İ YAZIR
15-12-2020 11:23
Baxış sayı:
2151

Bu yaxınlarda Ermənistan baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanla əlaqə saxlayaraq qoşunları onun təlimatı ilə erevana gətirmək üçün hazır vəziyyətdə saxlamaq lazım olduğunu deyib.
Bu barədə "Hraparak" qəzeti Müdafiə Nazirliyindəki mənbələrinə istinad edərək yazır.
“Baş Qərargah rəisi bu cür hərəkətlərin məqsədini soruşub, Paşinyan bunun xüsusi obyektlərin qorunması üçün lazım olduğunu cavablandırıb. Qasparyan, öz növbəsində, deyib: "Mən Baş Qərargah rəisi olduğum müddətdə ordu daxili siyasi proseslərə qarışmayacaq və şəhərə gətirilməyəcək""./virtualaz.org