İCRA BAŞÇISI VƏZİFƏSİNDƏN AZAD OLUNDU - Sərəncam

Baxış sayı:
1389

Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Muxalifet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

N.Zeynalov bu vəzifəyə 6 fevral 2018-ci ildə təyin edilmişdi.

Qeyd edək ki, dekabrın 7-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasında əməliyyat keçirilib, saxlanılanlar var.