Avropada Azərbaycanın milli dəyərləri təbliğ edilir - FOTOLAR
8-12-2020 14:18
Baxış sayı:
1233

Qədim Ellada diyarında - Yunanıstanda Azərbaycanın milli dəyərləri təbliğ edilir.
Muxalifet.az xəbər verir ki, bu barədə diaspora üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. Onun sözlərinə görə, bu ölkədə fəaliyyət göstərən "Qala" Yunanıstan - Azərbaycan Dostluq Cəmiyyəti bu işdə mühüm rol oynayır.
Belə ki, cəmiyyətin ofisinin önündə Azərbaycanın milli dəyərlərini nümayiş etdirən plakatlar vurulub. Ofisdə Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında kitablar, o cümlədən, Qarabağ həqiqətlərini özündə əks etdirən nəşrlər sərgilənir.
“Bu işdə cəmiyyətin sədri Rəşid Məmmədov və qızı Salatın Məmmədli böyük rol oynayır”-deyə Elnur Eltürk bildirib.
Muxalifet.az