Ağsunun icra başçısı koronavirusdan dünyasını dəyişdi
27-11-2020 22:29
Baxış sayı:
1160

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev vəfat edib.
Muxalifet.az bildirir ki, V. Tağıyev bu gün axşam saatlarında xəstəxanada keçinib. Həkimlərin səyinə baxmayaraq V. Tağıyevin həyatını xilas etmək mümkün olmayıb.
İcra başçısı bir müddət əvvəl koronavirusa yoluxmuşdu və Bakıdakı tibb mərkəzlərindən birində müalicə olunurdu.
Xatırladaq ki, Vahid Tağıyev Azərbaycan Prezidenti İlham Əliyevin 30 sentyabr 2019-cu il tarixli sərəncamı ilə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.