Ermənilərin Bərdəyə atdığı raketlərdən biri evə düşüb - QADIN ÖLÜB... / Yenilənib
5-10-2020 12:47
Baxış sayı:
1864

Oktyabrın 5-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Bərdə şəhərinə atılan raket nəticəsində bir nəfər ölüb.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Düşmənin atdığı raket nəticəsində bir qadın həlak olub, yaralılar var.
***
Oktyabrın 5-də Ermənistan silahlı qüvvələrinin bölmələri Bərdə şəhərini raket atəşinə tutub.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunan əməkdaşı xəbər verir.
Düşmənin atdığı raketlərdən biri şəhərin mərkəzində yerləşən rayon sakini İlqar Fərzəliyevin evinə düşüb. Nəticədə evdən yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürüb.