Lukaşenko yenidən əlində avtomatla Müstəqillik Sarayının qarşısında - FOTO

Baxış sayı:
1013

Belarus lideri Aleksandr Lukaşenko yenidən əynində güllə keçirməyən gödəkçə və əlində avtomatla Müstəqillik Sarayının qarşısında görüntülənib.

"RİA Novosti” Belarus Prezidentinin mətbuat katibi Aleksandr Lukaşenkonun harada olması və icazəsiz etiraz aksiyasının keçirildiyi Minsk şəhərindəki vəziyyətə nəzarət edib-etməməsi ilə bağlı sual ünvanlayıb. 

O, agentliyin sualına cavab olaraq, onlara Lukaşenkonun əlində avtomat tutduğunu əks etdirən fotosunu göndərib. 

Agentliyin yayımladığı şəkildə Lukaşenko əynində güllə keçirməyən gödəkçə və əlində avtomatla Müstəqillik Sarayının qarşısında görünüb.

Qeyd edək ki, Minskdə müxalifət icazəsiz etiraz aksiyası keçirir./Virtualaz.org