Minskdə müxalifətin izdihamlı yürüşü: Lukaşenkonun iqamətgahına doğru... - VİDEO
30-08-2020 18:21
Baxış sayı:
1245

Bu saatlarda Minskdə Belarus müxalifətinin izdihamlı yürüşü keçirilir.
Xarici KİV-lər xəbər verir ki, şəhərin mərkəzi Müstəqillik meydanına doğru yüz minlərlə insan yürüş edir. OMON aksiya iştirakçıları arasında həbslər aparır. Şəhərdə mobil rabitə tez-tez kəsilir, metro bağlıdır.
“Alman dalğası” etirazçıların Müstəqillik Sarayı ətrafındakı milis kordonuna yaxınlaşdıqları bildirilir. Prezident Aleksandr Lukaşenkonun iqamətgahının ətrafına zirehli transportyorlar və xüsusi təyinatlılar yerləşdirilib.
Habelə Belarus KQB-sinin binası qarşısında xeyli sayda etirazçılar toplaşıb, onlardan bir qismi həbs edilsə də etirazçılar tutulanları milisin əlindən ala biliblər.