238 gün aclıq keçirən türkiyəli vəkil vəfat etdi

Baxış sayı:
1193

Türkiyədə 238 gün aclıq aksiyası keçirən məhbus vəkil Ebru Timtik vəfat edib.

Bu barədə vəkilin üzvü olduğu "Halkın Hukuk Bürosu" təşkilatının Tvitter hesabında məlumat verilib.

20 mart 2019-cu il tarixində "silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə 13 il altı ay həbs cəzasına məhkum edilən Timtik 2020-ci il fevralın 3-dən aclıq aksiyasına başlayıb. O, məhkəmənin qərarına etiraz edərək iddiaları rədd edib. 5 aprel tarixindən etibarən isə o aksiyanı ölüm orucu adıyla davam etdirib. 

Qeyd edilib ki, ölümündən öncə onun çəkisi 33 kiloqrama düşüb. 

Onunla vida mərasimi İstanbul Vəkillər Kollegiyasının binası qarşısında keçiriləcək./qafqazinfo