Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri başlayıb - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri başlayıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, C. Bayramov ilk olaraq Kremldə Naməlum Əsgərin məzarı önünə əklil qoyub.
Nazir daha sonra rusiyalı həmkarı ilə görüşmək üçün Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evinə yollanıb.
C. Bayramov Rusiya XİN başçısı ilə danışıqlardan sonra birgə mətbuat konfransı keçirəcək.
Daha sonra isə Azərbaycan XİN başçısı Federasiya Şurasında və Nazirlər Kabinetində görüşlər keçirəcək.
***
Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, səfər çərçivəsində Rusiyanın yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.