YAP-DA "SİYAVUŞ NOVRUZOV ERASI" BİTDİ! - Prezident onun istefasını qəbul etdi
25-08-2020 12:07
Baxış sayı:
1642

Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi Siyavuş Novruzovun partiyanın İcra katibinin müavini postundan istefasını qəbul edib.
Muxalifet.az xəbər verir ki, bu barədə YAP-ın Mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, YAP İcra katibinin müavini Siyavuş Novruzov dünən partiyanın Sədri İlham Əliyevə müraciət edərək onu partiyada tutduğu vəzifədən azad etmək barədə xahiş etmişdi.