“Lotu Quli” İstanbulda dəfn ediləcək - QARDAŞI DANIŞDI
20-08-2020 21:52
Baxış sayı:
1824

Tanınmış azərbaycanlı kriminal avtoritet, “qanuni oğru” Nadir Səlifov ("Lotu Quli") İstanbulda dəfn ediləcək.
Bu barədə virtualaz.org-a kriminal avtoritetin qardaşı Müşviq Səlifov məlumat verib.
Məlumata görə, Nadir Səlifovun ailəsi Türkiyədə yaşadığı üçün belə qərar verilib.
Xatırladaq ki, Nadir Səlifov dünən gecə Antalyada yerləşən otellərin birində başından güllə ilə vurularaq öldürülüb. Nadir Səlifovun qatili, Azərbaycandan olan “Xan” ləqəbli başqa bir kriminal avtoritetdir. Qatil hadisə yerindən qaçıb, lakin Antalya - Dənizli avtomobil yolunda polis əməkdaşları tərəfindən saxlanılıb.