Türkiyə MİT-i axtarışda olan daha bir təhlükəli PKK terrorçusunu məhv etdi

Baxış sayı:
1302

PKK terrorçusu məhv edilib. 

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən bildirir ki, Agit Garzan ləqəbli Murat Kalko İraqın şimalındakı Hakurk bölgəsində həyata keçirilən xüsusi antiterror əməliyyatı nəticəsində öldürüb.

Türkiyə Milli Təhlükəsizlik Təşkilatı (MİT) tərəfindən həyata keçirilən əməliyyatda M.Kalko ilə bərabər PKK-nın digər altı aparıcı şəxsinin də öldürüldüyü bildirilir. M.Kalko bir sıra ağır cinayətlərin, o cümlədən qətl və terror aktlarının təşkilində və icrasında ittiham olunurdu.