Azərbaycanda infeksiyaya yoluxanların sayı 30 mini keçdi

Baxış sayı:
1278

Azərbaycanda indiyədək ümumilikdə 30 050 nəfər koronavirus infeksiyasına yoluxub.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan 22 684 nəfər müalicə olunaraq sağalıb, 417 nəfər vəfat edib,  6 949 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.
 
Bundan başqa, ölkədə ümumilikdə 683 548, son sutka ərzində isə 7 296 test aparılıb.