"Ermənilərin itkiləri arasında Suriya və Yaxın Şərq ölkələrindən gələnlər də var" - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
3091

“Düşmən itkiləri arasında Suriya, Yaxın Şərq ölkələrindən və müxtəlif ölkələrdən Ermənistana köç etmiş erməni əsilli vətəndaşların olması da ehtimal olunur”.

Bunu Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatlarla bağlı bu gün keçirilən mətbuat konfransında deyib.

“Ona görə də Ermənistan rəhbərliyi bunları ciddi qeydiyyata almadığından hərbi rəhbərliyi onları gizlətmək imkanına malikdir”, - o bildirib.

V.Dərgahlı onu da vurğulayıb ki, döyüşlərdə hər hansı ərazi itkisi olmayıb: “Sosial şəbəkələrdə bəlli olmayan mənbələr tərəfindən bununla bağlı yayılan məlumatları tamamilə rədd edirik”.