Türkiyə Ermənistanla sərhəddə silahlı PUA-ları havaya qaldırdı – FOTO
15-07-2020 15:24
Baxış sayı:
1643

Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatları (PUA) Türkiyə-Ermənistan sərhədində nəzarət uçuşları keçirib.
Hurriyyet.org “report”a istinadla xəbər verir ki, bu barədə məlumat “Twitter”də yayılıb.
Nəzarət uçuşlarına adi PUA-larla yanaşı silahlı PUA-lar da qatılıb.
Qeyd edək ki, Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102 saylı hərbi bazasının helikopterləri iki gündür Ermənistan – Türkiyə sərhədi boyu keşikçi uçuşları həyata keçirir.