Bakıda havaya atəş açan silahlı şəxslər saxlanıldı

Bakıda havaya atəş açan silahlı şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, martın 24-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində “Priora” markalı avtomobilin sərnişini Bakı şəhər sakini olan bir qadını təhqir edib silahdan havaya atəş açıb.
Görülmüş tədbirlərlə martın 25-də Bərdə şəhəri ərazisində həmin avtomobilin sürücüsü, şəhər sakini Əli Əsədov saxlanılarkən idarə etdiyi avtomobili 3 avtomobilə vurub və orada xidmət aparan polis əməkdaşlarına müqavimət göstərərək sərnişinləri ilə birgə hadisə yerini tərk edib.
Avtomobilə baxış zamanı 1 ədəd lüləsi və qundağı kəsilmiş “İJ-16” markalı tüfəng, 1 ədəd bıçaq və 73,83 qram marixuana aşkar edilərək götürülüb.
F. Aslanovdan 3,32 qram heroin, 1 ədəd beşbarmaq, A. Süleymanovdan isə 7,60 qram tiryək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.