Məzahir Pənahov jurnalistləri girov saxlayaraq videoları sildirib – SENSASİON İDDİA

Blogger, 31 saylı Suraxanı seçki dairəsindən deputatlığa namizəd olmuş Mehman Hüseynov MSK-nın son iclası ilə bağlı sensasion iddia səsləndirib.
"Yeni Sabah" xəbər verir ki, o MSK sədri Məzahir Pənahovun tapşırığı ilə iclasda iştirak edən jurnalistlərin uzun müddət qurumun binasında girov saxlanıldığını bildirib.
Səbəb isə M. Hüseynovun iclasda etdiyi çıxışın həmin jurnalistlər tərəfindən videosunun çəkilməsi olub:
M. Hüseynov deyir ki, onun bu sözlərindən sonra MSK sədri və digərləri susub:
"Bu çıxışımı bütün televiziyalar, xəbər agentlikləri, hətta dost hesab etdiyimiz jurnalistlər çəkib. Amma bu video çıxışımı heç kim MSK-nın binasından çıxara bilmədi. Təsəvvür edin, gecə saatlarına qədər bütün jurnalistləri girov kimi binada saxlayıb, o çıxışımı bütün kameralardan pozdurublar".