Mərkəzi Banka daha bir baş direktor təyin edildi - FOTO
27-01-2020 18:07
Baxış sayı:
1732
Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktorlarının sayı altıdan yeddiyə çatdırılıb.
Müxalifet.az xəbər verir ki, qurumun yeni baş direktoru Fərid Tofiq oğlu Osmanovdur.
O, AMB-də 2005-ci ildən çalışır, 2013-ü ildən indiyə qədər qurumun İnformasiya texnologiyaları departamentinin direktoru olub.