Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının tərkibinə daxil edilib - SƏRƏNCAM
23-10-2019 16:31
Baxış sayı:
5269

Prezident İlham Əliyev Azərbaycan Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə “Azərbaycan Respublikasının daxili işlər naziri;” sözlərindən sonra “Ramiz Ənvər oğlu Mehdiyev;” sözləri əlavə edilib.