Ukraynada yüksək vəzifəli erməni məmur istefa verdi - ZELENSKİYƏ MÜRACİƏT ETDİ
21-10-2019 04:47
Baxış sayı:
17922

Erməni əsilli Mixail Bno-Ayriyan Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri vəzifəsindən istefa verib.
Muxalifet.az Ukrayna mediasına istinadən xəbər verir ki, Bno-Ayriyan Ukrayna Prezident Vladimir Zelenskiyə vəzifəsindən azad edilməsi üçün ərizə yazıb.
Qeyd edək ki, erməni əsilli məmurun adı son vaxtlarda korrupsiya qalmaqalında çəkilirdi.