“WhatsApp”a görə etiraz aksiyaları başladı - Küçələrdə hərəkət iflic oldu
18-10-2019 11:34
Baxış sayı:
5914

Beyrutda kütləvi aksiyalar başlayıb.
Muxalifet.az-ın "Yeni Sabah"a istinadən verdiyi xəbərə görə, etiraza səbəb hökumətin "WhatsApp"a görə ayda 6 dollar vergi ödənişi tələb etməsidir.
Əhalinin ümumiyyətlə, hökumətin vergi siyasətindən narazı olduğu bildirilir.
Aksiya iştirakçıları hazırda paytaxtın mərkəzi küçələrində toplaşıblar. Etirazlar səbəbilə əsas küçələrdə hərəkət iflic olub. Hətta zəzi yerlərdə etirazçılar çadırlar qurublar. Onlar uzunmüddətli aksiyaya keçəklərini elan ediblər.