Mikroavtobusla yük maşını toqquşdu, xəsarət alanlar var
5-10-2019 19:38
Baxış sayı:
4186

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Muğan qəsəbəsində qeydə alınıb. 60-BV-922 dövlət qeydiyyat nişanlı "Ford" markalı sərnişin mikroavtobusu 99-SN-244 "Mercedes" markalı yük maşını ilə toqquşub.
Nəticədə mikroavtobusda olan sərnişinlərdən üçü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər yaralıların vəziyyətinin orta-ağır olduğunu bildirib.
Faktla bağlı araşdırma aparılır.