SON DƏQİQƏ: Türkiyə sərhədində dəhşətli partlayış - 12 nəfər öldü
15-09-2019 21:47
Baxış sayı:
9616

Türkiyə sərhədində yerləşən Suriyanın Çobanbəy mahalında xəstəxana yaxınlığında bomba yüklü avtomobil partladılıb.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, ilkin məlumata görə, terror aktı nəticəsində 12 mülki şəxs ölüb.
Çox sayda mülki şəxsin yaralandığı bildirilir. Ölənlərin sayının artacağı gözlənilir.
Hələlik heç bir qruplaşma terror aktına görə məsuliyyəti üzərinə götürməyib.