İcra hakimiyyətinin əməkdaşı iş başında öldü
5-09-2019 11:45
Baxış sayı:
22927
Bakıda icra hakimiyyətinin məsul işçisi iş zamanı ölüb. Hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş vertib. Qaradağ Rayon İcra hakimiyyətinin Lökbatan qəsəbə İcra Nümayəndəliyinin mühəndisi, 1962-ci il təvəllüdlü Sərdar Hüseynovun səhhəti iş vaxtı pisləşib. S.Hüseynov xəstəxanaya çatdırılsa da, orada ürəktutmasından ölüb. Faktla bağlı araşdırma aparılır./trend