Ermənilərin Qubadlıda saldıqları yeni qəsəbənin kosmosdan görüntüsü yayıldı - FOTO

Baxış sayı:
5797

“Azərkosmos” ASC Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən Qubadlı rayonunun Xanlıq kəndində yeni salınmış qəsəbənin “Azersky” peyki vasitəsilə bu il avqustun 29-da əldə olunmuş təsvirini yayımlayıb.

Xatırladaq ki, avqustun 31-də Qubadlı rayonunun ermənilər tərəfindən işğalından 26 il ötüb.