“NİKOL XAİNDİR!” – İrəvanda baş nazirə qarşı aksiya keçirilir / VİDEO

Baxış sayı:
1019

İrəvanda "Nikol xaindir!" şüarları ilə etiraz aksiyası keçirilir. “Sputnik Armenia” xəbər verir ki, aksiyada parlamentdəki "Hayastan" blokundan olan deputatlar Qeqam Manukyan, Anna Qriqoryan, Tadevos Avetisyan da iştirak edirlər.

Polis etirazçıları sıxışdırmağa və onlara Ermənistanın hökumət binasına yaxınlaşmağa imkan verməməyə çalışır. Hadisə yerindən verilən məlumatlara görə, kiçik mübahisə böyük qarşıdurmaya çevrilib. Etirazçılar Azərbaycan gömrük-keçid məntəqələrinin Qorus-Qafan avtomobil yolunda yerləşdirilməsinə etiraz ediblər.

Aksiyaçılar Ermənistan hakimiyyətini milli maraqlara xəyanətdə və təslimçi mövqedə ittiham edirlər. Onlar iddia edirlər ki, gömrük məntəqələrinin yaradılması Ermənistan və Azərbaycan hakimiyyətləri arasında qarşılıqlı razılaşma əsasında, erməni cəmiyyətindən gizli şəkildə həyata keçirilib.