​NATO-dan Türkiyəyə: Bu, bir də baş verməyəcək

NATO təlimlərində Türkiyə ilə bağlı baş verən xoşagəlməz hadisələrin araşdırılması davam edir.
Muxalifet.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.
“Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana və Baş Qərargah rəhbəri Hülusi Akara zəng edərək baş vermiş hadisə ilə bağlı üzr istədim. Türkiyə bizim üçün çox önəmli müttəfiqdir. Bir daha bənzər hadisələrin yaşanmaması ilə bağlı müttəfiqimizi əmin etdim”, - baş katib bildirib.
Xatırladaq ki, Norveçdə keçirilən təlimlər zamanı şərti düşmən hədəfi kimi seçilən lövhədə Atatürkün rəsmi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı yer almışdı.
Hadisəyə görə məsuliyyət daşıyan 2 nəfər ordudan qovulmuşdu.
Norveç və NATO rəhbərliyi Türkiyədən üzr istəyib.