Muzdlu qatillərin yeni hədəfləri: Maduronu devirəcəklər!

Baxış sayı:
5398

 ABŞ-ın xüsusi təhlükəsizlik şirkəti “Blackwater”-in sahibi və prezident Donald Trampın havadarlarından olan Erik Prince, Venesuelanın dövlət başçısı Nikola Maduronu devirmək üçün bu ölkəyə xüsusi təhlükəsizlik birliklərinin yerləşdirilməsini təklif etdiyi bildirilib.
 
İraqda mülki ölümlərdən məsul tutulan təhlükəsizlik şirkətinin şefinin son bir neçə aydır Trampa yaxın şəxslər və sürgündəki Venesuelalı varlı müxalifətçilərdən belə bir əməliyyat üçün maliyyə və siyasi dəstək axtarışında olduğu qeyd edilib.
Prince ABŞ və Avropadakı xüsusi görüşlərdə, Venesuelalı müxalif lider Xuan Guaido üçün 5 min muzdlu əsgər icarəyə götürməsi planını söyləyib.
Mövzunu yaxından təqib edən mənbələrdən biri Erik Prince-in aprelin ortalarına qədər görüşlərə davam etdiyini bildirib.
Ancaq Prince Venesuelanın dövlət başçısı Maduronu devirmək üçün nə kimi bir plan təqdim etdiyi və ya necə bir əməliyyata başlayacağı ilə bağlı detal verilməyib.
 
AĞ EV SÖZÇÜSÜ SUALI CAVABSIZ QOYDU
 
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Garrett Marquis, Prince-in hökumətə Venesuela planı təqdim edib etmədiyi, ya da belə bir təklif gəldiyə təqdirdə nəzərə alıb almayacağı yönündəki sualı cavabsız qoyub.
Venesuelalı müxalif lider Xuan Guaidonun sözçüsü Edvard Rodriguez, "Venesuela müxalifəti Prince ilə təhlükəsizlik əməliyyatları ilə bağlı görüşmədi" deyib. Rodriguez mövzu ilə bağlı digər sualları cavabsız qoyub.
Amerikan və Venesuelalı bəzi təhlükəsizlik ekspertləri isə planın Venesuelada vətəndaş müharibəsinə yol aça biləcəyinə və bu səbəblə də siyasi baxımdan uzaq və potensial olaraq təhlükəli olduğunu bildirir.
 
5 MİN PULLU ƏSGƏR
 
Erik Prince-in sözçüləri ya da yaxın ətrafı məlumat verməkdən qaçsa da, mövzunu yaxından təqib edən bir mənbə, kəşfiyyat fəaliyyətləri başlayacaq hərəkatın növbəti mərhələsində Kolumbiya və digər Latın Amerika ölkələrindən tutulacaq 5 min muzdlu əsgərin Venesuelada yerləşdirilərək əməliyyat aparılmasının düşünüldüyünü bildirib.

Müxalifət.az