Müxalifət lideri açıqladı - Marneulidə də etiraz aksiyası olacaq

Baxış sayı:
4242

"Bölgələrdəki aksiyalarımızdan sonra, hakimiyyət xəbərdarlığımızı yerinə yetirməzsə, bütün Gürcüstanı təsir edəcək bir milli müqavimət hərəkatına başlayacağıq".
Muxalifet.az xəbər verir ki, bunu Birləşmiş müxalifətin liderlərindən biri olan Giorgi Vaşadze Kutaisidə bu gün müxalifətin baş tutan mitinqində bəyan edib.

"Hamımızın buraya toplaşması sülhsevər hərəkətlərimizin davam etdiyini eləcə də bunun bütün Gürcüstana yayıldığını göstərməkdir. Bundan sonra isə Zuqdidi, Batumi, Ozurgeti, Telavi, Axaltsixe, Rustavi, Marneuli, Tbilisi - bütün şəhərlərdə aksiyalarımız olacaq",-deyə G.Vaşadze bildirib.
Muxalifet.az