MÜHARİBƏNİN 56-CI GÜNÜ: Ukrayna Rusiyanın neçə nəfər hərbçi itirdiyini açıqladı
21-04-2022 11:41
Baxış sayı:
3343

“Rusiya şəxsi heyətinin ümumi döyüş itkiləri təxminən 21.000 nəfərdir”.
Muxalifet.az xəbər verir ki, müharibənin 56-cı günündə bu haqda Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı açıqlama yayıb.
Məlumata görə, fevralın 24-dən Rusiya tərəfi 829 tank, 2118 zirehli döyüş maşını, 393 artilleriya sistemi, 172 təyyarə və 151 helikopter, həmçinin 136 MLRS, 67 hava hücumundan müdafiə sistemi, 1508 nəqliyyat vasitəsi, 8 gəmi/qayıq, yanacaq-sürtkü materialları olan 76 çən, 166 əməliyyat-taktiki PUA itirib.
Bundan əlavə, 27 ədəd xüsusi texnika, 4 OTRK/TRK buraxılış qurğusu məhv edilib.