“Müdafiədən hücuma!..- Bunu Azərbaycan əvəzinə, həyasız düşmən deyir...-VİDEO

Az öncə xəbər verdiymiz kimi, işğalçı ölkə növbəti hərbi təlimlərə hazırlaşır.
“24 sentyabr - 5 oktyabr tarixlərində görünməmiş miqyaslı və xarakterli strateji hərbi təlimlər keçiriləcək”.
Moderator.az xəbər verir ki, bu məlumat Ermənistan Müdafiə Nazirliyinin "Zinuj" informasiya-klipində yayılıb.
“Bütün ölkə və hər kəsin iştirak edəcəyi unikal müdafiə tədbiri... Gəlin hərbi təlimlərdə iştirak edək! "-deyə məlumatda bildirilir.
"Müdafiədən hücuma, düşmənin məhvinə qədər!", - işğalçı ölkə əhalisinə ünvanlanmış video-klipdə belə deyilir.
P.S. “Müdafiədən hücuma!” devizini əsrlərdən bəri olan-qalan torpağının daha 20 faizi 30 ilə yaxındır işğal altında qalan Azərbaycan irəli sürmək yerinə, həyasızlığın kulminasiya nöqtəsini fəth etmiş işğalçı ölkə car çəkir...