Məsləhətə qulaq asmayan Tramp həmkarlarını ƏSƏBİLƏŞDİRDİ - KORRUPSİYA QALMAQALI

Baxış sayı:
229

Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskiylə Ukraynadakı korrupsiya məsələsini müzakirə etməkdən imtina edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Tramp administrasiyası məlumat yayıb.
Xəbərə görə, həmkarları ABŞ rəhbərinə, ona bu ilin aprelində Zelenski ilə apardığı telefon danışığı zamanı Ukraynadakı korrupsiya məsələsini müzakirə etməsini tövsiyyə etsələr də, Tramp onların sözünə məhəl qoymayıb.
Lakin məlumatda o da bildirilir ki, Tramp Ukrayna prezidentinə demokratiyanın gücləndirilməsi, rifahın yaxşılaşdırılması və korrupsiyanın aradan qaldırılması istiqamətində birlikdə çalışacaqlarını bildirib.
Xəbərə əsasən, ABŞ prezidentinin danışıq zamanı işlətdiyi ifadələr danışıq planına uyğun şəkildə olub.
Məsul şəxslərə telefon danışığı zamanı korrupsiya mövzusunun müzakirə edilməsi barədə məlumat verilmədiyindən, mövzu təhrif olunmuş şəkildə hesabata daxil edilib.
Qeyd edək ki, Tramp tərəfdarları dəfələrlə qeyd edib ki, prezident Ukraynadakı korrupsiya problemindən ciddi narahatdır.
Ağ Evin aparat rəhbəri Mik Malveyni isə hesab edir ki, Ukraynaya ayrılan yardım dayandırılmalıdır, çünki həmin vəsait oradakı məmurların cibinə axır.