Məşhur videoların müəllifi Prezident Administrasiyasına dəvət edildi

Baxış sayı:
1835

"Bəzən Operativ Qərargahın iclasları ilə bağlı satirik videolar hazırlanır".

Muxalifet.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Hikmət Hacıyev bildirib ki, biz bunu çox normal qəbul edirik:

"Ərtoğrul adı ilə sosial şəbəkələrdə çıxış edən bir şəxs var, onun fəaliyyətini yüksək qiymətləndiririk. Satira Azərbaycan ədəbiyyatının və xalqının mədəniyyətində vacib özəlliklərdən biridir. Belə kreativ insanlara Operativ Qərargahın iclaslarına göstərdikləri bu diqqətə görə də bir daha təşəkkür edirik, o videoları çox bəyənirik. Videoları dublyaj edən şəxsi Prezident Administrasiyasına görüşə dəvət edirik".